Sürprizlər ola bilər: “Yenidən qapanmaya gedə bilərik”

Sürprizlər ola bilər: “Yenidən qapanmaya gedə bilərik”

“Xeyli mübarizədən sonra Azərbaycanda COVID-19-la bağlı vəziyyət, nəhayət, stabilləşib. Əlbəttə, bu, sevindiricidir. Axır ki, rahat nəfəs ala bilirik. “Kefimizə soğan doğrayan” isə dünyada sürətlə yayılan və artıq Rusiyanı ağuşuna alan Hindistan ştammıdır. Biz də əvvəlki günlərə yenidən qayıdacağıq?”

Müstəqil.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu barədə danışıb:

“Düzdür, hazırda epidemioloji vəziyyət stabildir. Bu, xeyli insanın xəstələnməsi və vaksin olunması ilə əlaqədardır. Amma arxayınlaşmamalıyıq. Sürprizlər ola bilər. Dünyada “Delta” ştammı yayılır. Hətta “Delta+”la bağlı da müxtəlif iddialar var. Vəziyyət pisləşsə, yenidən qapanmaya gedə bilərik. Odur ki, diqqətli, ehtiyatlı olmalı, peyvəndləmə prosesinə loyal yanaşmalıyıq”. (Sherg.az)

Share: