Sürücü yükün altında can verdi…Bakıda dəmir yolu stansiyasında faciə…

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Müstəqil.Az publika.az-a xəbər verir ki, Nərimanov rayonu ərazisində – Keşlə dəmir yolu yük stansiyasında anbardan “Qazel” markalı yük maşınına taxta materiallar yüklənərkən ehtiyatsızlıqdan qəza baş verib. Belə ki, yüklənən ağır materiallar birdən-birə sürüşərək kənarda dayanmış sürücü, 1959-cu il təvəllüdlü Sadıqov Xıdır İdris oğlunun üstünə düşüb.
Xeyli çəkisi olan yükün altında qalan sürücü hadisə yerində vəfat edib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Share: