Rusiya prezidenti Vladimir Putin “Qazprom” şirkətinin sürücülərinin son zamanlar kütləvi şəkildə işdən çıxmasının səbəbini onların benzine dizel qarışdıraraq yanacaq əkişdirməsinin artıq mümkün olmaması ilə əsaslandırı. Putin bu barədə Dövlət Şurasının iclasında danışıb.
Rusiya prezidentinin sözlərinə görə, “Qazprom”a məxsus avtomobillərin qaz-mühərrik yanacağına keçirilməsi nəticəsində sürücülər benzinə dizel qarışdıra bilmirlər. “Qazprom” öz avtomobil nəqliyyatını qaz-mühərrik yanacağına keçirib və effekti dərhal özünü göstərib: sürücülər kütləvi şəkildə işdən çıxırlar, çünki qarışdırmağa bir şey qalmır. Hesab edirəm ki, şərh vermək artıqdır”-Putin bildirib.
Rusiya prezidentinin dediyinə görə, belə vəziyyət Müdafiə Nazirliyində və digər dövlət strukturlarında da müşahidə olunur. Bununla belə Putin dövlət müəssisələrinə məxsus avtomobillərin qaz yanacağına keçirilməsini dəstəkləyib.
“Şübhəsiz ki, bizim bu məsələdə böyük rəqabət üstünlüyümüz var, çünki bizdə qaz yanacağı kifayət qədərdir, xarici bazarlarda isə neft və neft məhsullarının satışı belə desək, qazın satışından sərfəlidir”-Putin deyib.
Müstəqil.Az