Sürücülərin NƏZƏRİNƏ: Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, mayın 8-də əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında arabir duman olacağı, magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Share: