Saatlıda sərxoş və sürücülük hüququ olmayan şəxs təmir sexində işləyən ustaları avtomobilə vurub.
APA xəbər verir ki, Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilən avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən ustalar – Saatlı şəhər sakinləri 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub.
Nəticədə Möhübbət Qənbərov ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.