Sürücülük vəsiqələri dəyişir

Ötən gün “AvtoStop” verilişinin aparıcısı dj Turalın sosial şəbəkədə Azərbaycanda verilən sürücülük vəsiqəsinin xarici ölkələrdə etibarlı olmaması barədə yazdığı status müzakirələrə səbəb olub.

Bakı Dövlət Yol Polisinin rəsmisi “AvtoStop” verilişinə məsələ ilə bağlı rəsmi açıqlama verib.

Açıqlamaya əsasən, Vyana konvensiyasının 41-ci maddəsi və 6 saylı əlavəsində olan uyğunsuzluqdan xəbərdardılar. BDYPİ-i icraedci orqan olduğundan bu barədə qanunverici orqan olan Milli Məclisə bununla bağlı müraciət edilib. Yaxın günlərdə qanuna dəyişiklik Milli Məclisin gündəliyinə daxil ediləcək və bu məsələ öz həllini tapacaqdır. Sürücülərin əlavə narahatlıq keçirməyinə heç bir əsas yoxdur. Tezliklə yeni nümunəli sürücülük vəsiqəsinin təsdiqləndikdən sonra müddəti çatmış sürücülük vəsiqələri dəyişdiriləcəkdir.

 

Share: