Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edən gizir İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması zamanı qalada gizlənən və təslim olmaq istəməyən erməni silahlılarının məhv edilməsindən danışıb.
Müstəqil.Az xəbər verir ki, XTQ giziri əməliyyatın təfərrüatlarını Mircavidan Niftullayevin müəllifi olduğu “YouTube” kanalında qonaq olarkən dilə gətirib:
“Şuşa qalasının içində otel, restoran kompleksi deyilən yerdə bir neçə erməninin gizlənib bizi müşahidə etməsini gördük. Onların bizi vurmağa cəhd etməsini də aşkar etmişdik. Biz onlarla 5-10 saniyəlik danış apardıq. Erməninin silah qaldırdığını görən anda ona atəş açdıq. Biz onlara silahı yerə qoyaraq təslim olmağı təklif etsək də, atəş açmağı seçdilər”.(BAKU.WS)