Şuşa türməsinin son rəisi 29 il sonra SİRLƏRİ AÇDI – VİDEO

Şuşa türməsinin son rəisi 29 il sonra SİRLƏRİ AÇDI – VİDEO

Şuşa türməsi sovetlər birliyinin ən qatı cinayətkarlarının islah olunduğu həbsxanalardan biri olub. Azərbaycanlı və erməni məhkumların birlikdə saxlanıldığı türmə haqqında saysız-hesabsız rəvayətlər və faktlar var. Məsələn, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı qapıda gözlədən, azərbaycanlı məhbusları Şuşa döyüşlərində iştirak üçün azad edən türmənin son rəisi Aydın Abbasov 29 il sonra ilk dəfə efir məkanında məşhur türmənin sirlərini “Xəzər Xəbər”ə açıb.

Şuşa türməsində etnik qarşıdurma yaratmaq istəyən Serj Sarkisyana türmənin rəisi Aydın Abbasov sərt sözlər deyib.

29 il əvvəl Xankəndidəki aksiyalarda azərbaycanlıların guya türmədə erməniləri incitməsi ilə bağlı iddialar səsləndirən Serj Sarkisyan nümayəndə heyəti ilə Şuşa türməsində təxribat törətməyə çalışıb. Həmin vaxt türmənin rəisi olan Aydın Abbasov bu yalanı ifşa edərək Serj Sarksiyanla bərabər digər erməniləri də tənbeh edib və onları türməyə buraxmayıb.

Şuşa işğal olunana qədər türmənin rəisi işləyən Aydın Abbasov deyir ki, orada bütün millətlərdən olan məhbuslara eyni qaydada münasibət göstərilib. Lakin ermənilər türmədə olan hər kəsdən fərqlənib. Olduqca hiyləgər olan erməni məhbuslar maskalanaraq özlərini sakit aparsalar da, fürsət düşən kimi hər cür pisliyi edirmiş.

Şuşa işğal olunmazdan bir neçə saat əvvəl Aydın Abbasov çətin qərar qarşısında qalır. Çünki erməni məhbuslar bir müddət əvvəl Bakıya göndərilmişdi, amma 36 azərbaycanlı məhkum hələ də türmədə qalırdı. Ermənilər isə Şuşanın bir addımlığında idi. Bu məqamda Aydın Ababsov bütün məhbusları sərbəst buraxır və onları döyüşə çağırır.

Döyüşlər bitdikdən sonra 35 məhbusun bəziləri etdikləri qəhrəmanlıqlara görə əfv edilərək azadlığa buraxılır. Digərlərinin isə qanunun verdiyi imkanlar çərçivəsində cəzaları azaldılır.

Share: