“Progress Garden” şirkəti Şuşa şəhərinin abadlaşdırılmasında yaxından iştirak edir.
“Progress Garden” şirkətinin direktoru Əyyub Abbasovun sözlərinə görə, Şuşa şəhərində həyata keçirilən abadlıq-quruculuq və təmizlik işlərində iştiraklarından çox məmnundurlar: “Şuşa şəhərinin abadlaşdırılması üzrə keçirilmiş ilk tenderin qalibi biz olduq. Şirkət olaraq təqdim etdiyimiz son model, orijinal və dünya keyfiyyət standartına uyğun olan avadanlıqlar Şuşa şəhərində istifadə edilir. Bundan şərəf və qürur duyuruq”.
Məlumata görə, Şuşa şəhərinin abadlıq təcrübəsi yaxın gələcəkdə digər şəhərlərimizdə də tətbiq ediləcək.
Qeyd edək ki, 1996-cı ildən etibarən fəaliyyət göstərən “Progress Garden” şirkəti Almaniyanın bağçılıq, meşəçilik və kənd təsərrüfatı texnikaları və alətləri üzrə ən məşhur firmaları olan “Stihl”, “Viking”, “Gardena”, “Al-Ko”, İsveçrənin “Felco” və Amerikanın “Briggs&Stratton” və “Oregon” firmalarının Azərbaycanda rəsmi idxalçısı və distribüteridir.
26 ildir bazarda öz yerini qoruyub-saxlayan “Progress Garden” şirkəti təqdim etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlərlə müştərilərinin rəğbətini və etimadını qazanıb.
“Progress Garden” şirkətinin məqsədi müştərilərilərinə keyfiyyətli bağ, meşə və kənd təsərrüfatı texnikaları, həmçinin suvarma sistemlərinin satışı və quraşdırılmasını əlçatan qiymətə və keyfiyyətli şəkildə həyata keçirməkdir.
“Progress Garden” şirkətində fəaliyyət göstərən təcrübəli satıcı-konsultantlar və Almaniyada mütəmadi təcrübə keçən servis mütəxəssisləri tərəfindən bağınıza və aparatlarınıza uyğun məsləhətlər ala və satış sonrası dəstəyindən yararlana bilərsiniz.
“Progress Garden” şirkəti ilə əlaqə vasitələri:
Satış: +994 70 326 07 14;
Servis: +994 77 326 07 14;
Ofis: +994 10 326 07 14.
İnstaqram: @progress_garden
Feysbuk: Progress Garden
İmeyl: [email protected]
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 212 (Keşlə bazarının yaxınlığı).