Prezident İlham Əliyev: “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq…”
Məlumdur ki, ermənilər Xankəndində süni gərginlik yaradaraq beynəlxalq aləmin diqqətini özlərinə cəlb etməyə çalışırlar. İyulun 14-dən başlayaraq Xankədinin mərkəzində mitinq başlayıb. Eyni zamanda bununla bağlı sosial şəbəkələrdə güclü paylaşımlar aparılır. Tanınmış ermənilər bu məsələ ilə bağlı fikir və təkliflərini bildirirlər. Xankəndindəki separatçı rejimin tör-töküntüləri Qarabağda “humanitar böhran” deyə süni gündəm yaradırlar. Prezident İlham Əliyev 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında bu məsələ haqqında da danışıb: “Bu gün çadırlarda oturub və kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil Azərbaycanda bəzi jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil olacaq”. Ermənilər mitinqdə təcili BMT və ya digər faktaraşdırıcı missiyanın regiona göndərilməsini istəyirlər. Bəhanə gətirirlər ki, missiya vəziyyətin yerində şahidi olsunlar. Amma missiyanın nə dərəcədə obyektiv olacağına inamaq olmur. Ermənilər 30 ildən artıq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçiriblər. Məgər BMT bunu görmrüdümü?! Faktaraşdırcı missiya həqiqətən gəlib obyektiv araşdıma aparsa ermənilər bir daha dünyaya ifşa olunacaqlar. Cənab Prezidentin fikrincə, biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır: “Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq”. Onlar BMT və ya digər humanitar missiyaların Xankəndinə birbaşa çıxışına imkan verən açıq humanitar hava dəhlizinin yaradılmasını da istəyirlər. Lakin Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım üçün heç hansı maneə yaratmayıb. Azərbaycan Dövlət Sərhədi Xidmətinin Laçın-Xankəndi yolunda qurduğu nəzarət-buraxılış məntəqəsidən ermənilər rahatca keçirlər. Ayrıca humanitar yardım maşınları üçün keçidə icazə verilir. Eyni zamanda, Azərbaycan erməni sakinləri üçün Ağdam-Xankəndi yolundan istifadəni təklif edib. Azərbaycanın sərhəddə bu buraxılış məntəqəsi yaratması öz suveren hüququdur. Məhz bundan sonra ermənilərin qanuna zidd fəaliyyətlərinin qarşısı alınıb. Bu, həm də şəffaflığın təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Prezidentin dediyi kimi, sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ idi və şəraiti əhəmiyyətli dərəcədə dəyişdi. “Azərbaycanın sözügedən təşəbbüsü tam olaraq legitimdir”, deyə dövlətimizin başçısı əlavə edib. Buna baxmayaraq, Ermənistan tərəfi məntəqəyə qarşı davamlı təxribatlar törədirlər.
Dövlətimizin başçısı Forumdakı çıxşında bir daha Azərbaycanın sülhə hazır olduğunu bəyan etdi: “Ermənistanla münasibətlərin tənzimlənməsində biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq. Yüksək risk zonası təkcə ekspertlərin qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə imkanlarıdır. Bunlar birbaşa olaraq xarici sərmayələrlə bağlı məsələdir. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar”. Lakin ermənilərin mintinqdə çıxışlarından görünür ki, onlar həqiqi sülh əldə etməkdə hələ də maraqlı deyillər. Onların sülh baxışı Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür. Cənab Prezident bir daha xatırlatdı ki, Qarabağdakı erməni icmasının sülh danışıqlarda hər hansı bir şəkildə daxil edilməsi mümkünsüzdür. Davamı olaraq bildirdi ki, Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır. İndiki situsasiyadan belə aydın olur ki, qondarma rejim sadə erməni xalını təxribata hazırlayır.
Prezident İlham Əliyevin Şuşadan ermənilərə verdiyi mesajları onlar aqressiya ilə qarşılayıblar: “Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin olunmuşdur. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik, onlar yenə də imtina etdilər. Üçüncü dəvət olmayacaq”. Bu gün biz müşahidə edir ki, qondarma rejim Qarabağda anti- Azərbaycan təbliğatı aparır. Onlar Azərbaycanın Qələbəsini həzm edə bilmirlər. Şuşada keçirilən belə təbdirlər ermənilərdə ağılagəlməz qıcıq yaradır. Buna görə də Forumda iştirak edən əcnəbilərə də qarşı böhtan xarakterli çıxışlar edirlər. Əgər ermənilər öz yaşadıqları məkanda reallıqları dərk edə bilməsə və sülhün əksinə olan addımlar atmağa davam etsələr, daha çox əziyyət çəkəcəklər.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu