Niderlandda dərc olunan “FOR YOU” jurnalının buaykı buraxılışında “Ana Vətən” Avropa Azərbaycanlı qadınlar birliyinin sədri Mayisə Agamirzəyevanın təşəbbüsü ilə jurnalist Xatirə Sərdarqızının Şuşa haqqında real həyat hekayəsi əsasında çəkdiyi “28” Adlı bədii-sənədli filmdən və onun Birinci Qarabağ müharibəsində itirdiyi uşaqlığıindan bəhs olunan məqalə dərc edilib.
Oxu.Az xəbər verir ki, məqalədə 12 yaşında Şuşanın işğalından sonra zorla vətənindən qoparılan, 28 il sonra yenidən Şuşasına, evinə geri dönən, orada qoyub gəldiyi uşaqlığına qovuşan bir qızın həyatından bəhs edilir.