Dadaşov Xaqan Cahangir oğlu… İndi bu ad yəqin ki çoxlarına tanış deyil. Əlbəttə ki gənc nəsli nəzərdə tuturam. Xaqan Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu. Döyüşçü dostları deyir ki, bir qaya parçasına söykənib, yaralı döyüşçü dostlarına gedin, mən onları saxlayacam, deyib. Özünün isə yaraları daha ağır imiş, yaşamayacağını, bu yaralardan qurtula bilməyəcəyini bilirmiş, bəlkə də. Son istəyi dostlarından, varınızsa mənə güllə verin, deməsi olub.
O, mənim dostum idi. Bu yazını çoxdan yazmışam. “Kəsilməyən həyacan fiti” kitabımda da dərc olunub. Təkrar dərc edirəm, igidlərimizi tanıyaq, deyə…
Faiq Balabəyli
Torpaq çəkdi onu özünə. Şərəfini qoruduğu anamız torpağa sığındi. Taleyə bax, uyuduğu Şəhidlər xiyabanında cənazəsinin yerinə nənəsinin qəbrindən götürülmüş bir ovuc torpaq töküldü.
Hələ uğrunda azğın düşmənlə döyüşə atıldığı günə qədər bircə dəfə belə dalanına, döngəsinə ayaq basmadığı gözəl Şuşanı eşitdiklərindən, oxuduqlarından sevirdi. “Neftqaz-26” gəmisinin göyərtəsinə çıxıb astadan zümzümə edərdi bu nəğməni: “Şuşanın dağlar başı dumanlı…” (indi həmin gəmi Xaqan Dadaşovun adını daşıyır).
Göz açdığı ailə, orta təhsil aldığı Bakıdakı 221 saylı orta məktəb, Balıqçılıq texnikumu, başa vura bilmədiyi Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbi, 1989-cu ildən çalışdığı “Xəzər Dəniz Neft Donanma” idarəsi Xaqan Dadaşovun yoxluğuna inana bılmir. “Hər şeyin olsa da, yaşamaq deyil — dünyaya qeyrətsiz gəlib yaşamaq” — misralarını təkrarlayardı həmişə. Dənizin bağrını sökən ləpələrlə müqayisə edirdi özünü, sahilini döyəcləyə-döyəcləyə qoynunu yaran dalğalan dəniz necə sevirdisə, Xaqan da bu torpağı eləcə sevirdi.
Ahıl ata-anasını tanrının ümidinə qoyub könüllü olaraq döyüşə getmişdi. Torpaqlarımızın bütövlüyü uğrunda çarpışan Milli Ordunun tərkibində müxtəlif əməliyyatlarda iştirak etmişdi. Tarixin qara səhifələrindən olan Şuşa xəyanətindən on gün əvvəl ora yollanmışdı Şuşa qəribə bir istəklə çəkirdi onu. Nəğməsi dilindən düşməyən Şuşa. 1992-ci il mayın 8-dən sonra Xaqan haqqında olan yeganə melumat o idi ki, onu ağır yaralı vəziyyətdə görüblər Döyüşçü yoldaşından avtomatının darağını güllə ilə doldurmasına kömək etməsini xahiş ədib “siz gedin, mən saxlayaram düşməni” — deyib
Xaqanın yoxluğundan danışmağı ürək yol vermədiyi kimi, Cümlələr də sətirlərə yığılmər. Yəqin ona görə ki, aramızda sözün əsil mənasında böyük dostuq var idi. Bəlkə də ona görə ki, Xaqan qəribliyə yox, torpağa sığınıb Bilmirəm, çoxu ona yanıb yaxıliram ki bu ehtimalların hamısı bəlkələrdən başlayır. Sağ qalan yoldaşları e“iral edirlər ki, öz sevdiyi mahnısını zümzümə edib
Qurtarandan sonra deyərmiş “Qovacağıq o dumanı Şuşanın dağlarından Xaqan Dadaşovun atası, tibb elmləri namizədi Cahangir müəllimin gözləri dünyasını dəyişənə qədər oğlunu axtardı. Yeganə övladının şəhid olması ilə barışsa da, yoxluğuna inana bilmirdi. Oğul dərdini yazdığı şeirlərinə hopdurmuşdu.
“Döyüşçü oğlum Xaqana məktub” şeirində deyir
Cuşa gələn qeyrətinə
Qurban olum, oğul bala!
Qarabağı azad elə –
Azğınlardan ala-alal
Sınaq edir bizi zaman,
Axıdılır boş yerə qan.
Narahatdır anan yaman
Köksündə dərd qala-qala.
Ruhdan düşmə bir an belə,
Döyüşə gir gülə-gülə.
Heç darıxma, bir gün gələr
Görüşərik ata-bala…
“Dünyada hər şeyin itiyi pisdir” — deyib bir şair. İnsan itkisi isə heç bir şeylə müqayisə edilməz. Dünyada bütün sevgilərdən uca bir sevgi var: “Torpaq sevgisi”. Dünyada bütün ölümlərdən uca bir ölüm var: “Şəhidlik”. Xaqan Dadaşovun şəxsində bunun hamısı cəmlənib. Torpaq sevgisiylə şəhidlik zirvəsinə qalxdı Xaqan. Ruhun şad olsun, qardaşl Yoxluğun sənin yurddaşlarının başından tüstü çıxarsa da, bir təsəlli yerimiz var. Uğrunda həlak olmusan sən bu torpağın.
Hələ dumanlıdır başı o dağların… Ey qarı düşmən, bu yurdun Xaqan kimi igidləri var.
Dözə bilməyəcəksən bu ürəklərin üsyanına. Səndən təkcə tapdağa çevirdiyin torpağın yox, Xaqan Dadaşov kiml oğulların da qanı alınacaq.
Faiq Balabəyli.
2003 “Kəsilməyən həyacan fiti” kitabından