Bu gün sentyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin mətbuat və ictimaiyyət üçün təqdimatı keçirilib.
Müstəqil.Az xəbər verir ki, Yazıçılar Birliyinin Mədəniyyət Nazirliyi, “Space” telekanalı ilə birgə gerçəkləşdiriləcək “Şuşaya salam” layihəsi ölkə başçısının 2022 ci ili Azərbaycanda elan etdiyi “Şuşa ili”nə həsr olunub.
Beynəlxalq Poeziya layihəsi kimi təqdimn edilən layihənin müəllifi və koordinatoru şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğludur. Məsləhətçiləri Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, “Space” telekanalının rəhbəri Müşfiq Hətəmov, rejissor İman Məcidovdur.
Xatırladaq ki, bu ilin 27 sentyabr-9 noyabr tarixlərində dünya şairləri “Space” telekanalında Şuşa üçün şeir oxuyacaqlar. Hər bir şairin şeiri bir gün, gün ərzində 3 dəfə təkrar olunmaqla təkrarlanacaq.
44 gün bərzində Azərbaycan, Macarıstan, İran, Vyetnam, Danimarka, Ukrayna, İtaliya, Qırğızıstan, Türkiyə və digər ölkələrdən 44 şairin iştirakı ilə səslənəcək şeirlər Şuşaya xitabla səsləndiriləcək.
Azərbaycanı festivalda Anar, Ramiz Rövşən, Vahid Əziz, İlqar Fəhmi, Sayman Aruz, Əkbər Qoşalı, İmir Məmmədli, Səlim Babullaoğlu təmsil edəcək.
Layihə çərçivəsində Mətin Çingiz, Məhməd Can Doğan, Yuri Lapin, Alеksandr Səlimov, İan Pirt, Xurşud Davron, İon Hadırka, Nikolae Spetaru, İqor Volnitski, Mariya Kobets, Tatyana Sivets, Maki Starfild, Sayat Kamşıger, Milisa Liliç və digər tanınmış şairlər, ədəbiyyatçılar iştirak edəcək.
Təqdimat tədbirini giriş sözü ilə açan Səlim Babullaoğlu çıxışı zamanı bildirdi ki, “Şuşaya salam” ilk növbədə beynəlxalq poeziya layihəsidir, hətta müəyyən mənada onlayn beynəlxalq poetik festivaldır:
“Lahiyə iştirakçısı olan şairlər çıxışları zamanı Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı salamlayacaq. Bir çox əcnəbi şairlər Şuşada olmayıblar. Nəinki Şuşada, Azərbaycanda, Bakıda belə olmayıblar. Amma onların hamısı ölkəmizin tarixini, Şuşanın tarixini bilirlər, Şuşanın Azərbaycanın tarixi və mədəniyyətindəki yerindən xəbərdardılar. Onların səsləndirdikləri şeirlər Şuşaya aid olmasa da, Şuşaya ithaf olunacaq”.
Səlim Babullaoğlu daha sonra çıxışında əlavə etdi ki, “ Yazıçılar Birliyinin Mədəniyyət nazirliyi, “Space” telekanalı ilə birgə həyata keçirəcəyi “Şuşa ili” çərçivəsində “Şuşaya salam” layihəsi ilk növbədə beynəlxalq poeziya layihəsidir, hətta müəyyən mənada onlayn beynəlxalq poetik festivaldır. Həm əcnəbi şairlər, hər azərbaycanlı şairlər bilinən, dəyərli şair və ədəbiyyatçılardır. Onlar şəhər haqqında, mədəniyyət haqqında, şəhərin və mədəniyyətin toqquşması barədə danışır, Şuşanı salamlayırlar, Azərbaycanını mədəniyyət paytaxtı Şuşanı. Bütün əcnəbi şairlər, əlbbəttə istisnalar var, Şuşada olmayıblar, bəlkə Azərbaycanda, Bakıda olanlar belə azdır onların araısnda. Amma onların hamısı ölkəmizin tarixini, Şuşanın tarixini bilirlər, Şuşanın Azərbaycanın tarixi və mədəniyyətindəki yerindən xəbərdardılar.
Bilmək lazımdır ki, onların səsləndirdikləri şeirlərin heç də hamısı Şuşaya həsr olunmasa da, onların hamısının oxusu, qiraəti Şuşaya ithafəndir.
Şadam ki, həmkarlarımız bu layihədə iştiraka razılıq verdilər, inanmaq istəyirəm ki, nə vaxtsa onları Bakıya, Şuşaya dəvət edə biləcəyik.
Mən Mədəniyyət nazirliyinin rəhbərliyinə layihəyə dəstək verdikləri üçün minnətdaram, nazirliyin məsul əməkdaşı Akif Marifliyə xüsusən. Layihə “Space” telekanalında translyasiya ediləcək, kanalın rəhbəri Müşfiq Hətəmova çox minnətdaram, eləcə də Xəyal Məmmədova və rejissor İman Məcidova.
Layihədə 44 şair iştirak edir və layihə 44 gün davam edəcək. 44 gün olmaqla hər şair bie gün öz şeirini oxuyacaq və hər bir oxu gün ərzində “Space” telekanalında translyasiya ediləcək. Proyektin sonunda bütün şairlərin imzasıyla hazırlanmış Memorial löhvə Şuşa şəhərinə hədiyyə eidləcəkdir…”
Müstəqil.az