350 MİLYONLUQ TÜRK DÜNYASININ FİKİR ADAMLARIndan biri olan XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLIYA ETDİYİM MÜRACİƏT hələ də cavabsız olaraq qalmadadır.
Zatən bu durumdan bir narahatlığım da yox! Ancaq nə yazıq ki, dünyamızın – Azərbaycan adlı Dünyamızın ictimai-siyasi sferasında bir narahatlıq duyulmaqdadır. Bax bu baxımdan ictimai fikrin yanlış səmtə yönəlməməsi, başımıza yağdırılan daşların qarşısının alınması baxımından BÖYÜK SÖZÜnə ehtiyacın olduğunu zənn edərək mən Sabir bəyə müraciət etdim. Və keşgə heç etməyəydim!!! Və….və keşgə bu Müraciəti çox-çox öncədən edəydim!!!!
BİLİRSİNİZ NƏ VAXT? Sabir Rüstəmxanlının İbrahim Quliyevə “çox igidlər VHP-dən gəlib keçib” dediyi zaman Məhz o dönəmdə mən öz iradəmə qarşı çıxıb susdum. Elə həmin anda Rüstəmxanlıya sual edilməliydi ki, hörmətli başqan həmin igidlərin VHP-dən gəlib getməsinə səbəb olan nəsnələr nə olub? Nədən siz Rüstəmxanlı o igidləri ətrafınızda cəm edib qoruyub saxlaya bilmədiniz ki, dünənin uşaqları da sizi hədəf götürəndə meydanlarda tək qalmasanız da, tək qalan kimi göründünüz? Bu, həm də sabir Rüstəmxanlının səhvlərindən biri idi – real gücü konsalidə edə bilməmək, hədəflərin zərərsizləşdirilməsində real gücün potensialını yönləndirə bilməmək. Və bu kateqoriyadan olan misallar da çox. Ancaq bunun sıralanması, bunun çözülmə vaxtı indi deyil.
İndi çözülməli olan sualların cavablandırılması üçün ay yarımlıq çabalarımız bir nəticə vermədiyindən köməyimizə Markın sosial şəbəkəsi gəldi. Və bu da Sabir Rüstəmxanlının növbəti biganəliyi idi Onu Qiymətləndirənlərə qarşı. Düzdür, birmənalı şəkildə Sabir bəyi bu biganəlikdə suçlamaq janlış olardı, ancaq nəzərə alsaq ki, edilən müraciətlər Ona ən yaxın dairəyə olunub, onda belə qənaətlə çıxış etməyə müəyyən mənada əsas var…
Özəl yazıların spesifikliyini nəzərə alsaq “mən”lə danışmaq bir qəbahətdir. Ancaq neyləmək ki, “mən”lə danışmağa məni məcbur edən Sabir Rüstəmxanlınısevənlərdir.
Bir qələt olaraq Sabir bəyə müraciət etdim. Azərbaycanın üstünə qısqırdılan avropoid sortların, ölkə COĞRAFİYASIndakı iyrənc fəsiləyə mənsub canlıykən cansızların, bugünümüzün Poliqraflarının, Preobrajenskilərimizin Azərbaycan İnsanını laboratoriya sakininə çevirmə cəhdinin, haqqın nahaq, düzün əyri, yoxuşun eniş kimi təqdim olunduğu eybəcər cəmiyyət kodeksinin sırınmasının, öz qorxunc iddiaları müqabilində məmləkətimizi bir xarabazara çevirib elimizdə, obamızda bayquşların ulamasını demokratiya eşşəklərinin ulamasını görəndə UMAN YERİM, GÜMAN YERİM kimi SABİR RÜSTƏMXANLINI gördüm. Cəmiyyətin bir nümayəndəsi olaraq sosial sifarişi Sabir bəyin diqqətinə çatdırıb, tabut önündə söz deməyə haqqı olan ziyalı kimi Ona müraciət etdim. Və qələt elədim…
Mən elə bilirdim ki, Sabir Rüstəmxanlı Azərbaycanda müstəqil mətbuatımızın əsasını qoyub, amma SabirRüstəmxanlısevərlər nəsə bunu qəbul etmək istəmirlər!!!!
Mən elə bilirdim ki, Sabir Rüstəmxanlı Özünün Sözü və Sözünün Çəkisi olan (və bu, belədir də), amma SabirRüstəmxanlısevərlər nəsə bunu qəbul etmək istəmirlər!!!!!!
Mən elə bilirdim ki, Sabir Rüstəmxanlı dövlətçiliyimizin və millətçiliyimizin ən çətin anlarında belə nəinki hansısa kiçicik bir maraqdan, hətta canını belə əsirgəməkdən çəkinən Adam deyil (və bu, belədir də), amma SabirRüstəmxanlısevərlər nəsə bunu qəbul etmək istəmirlər!!!!!!
Mənim narahatlığım əsil bundandır. Maraq doğuran məqmlardan biri də budur ki, Sabir bəyin özü qalıb bir yanda, məni ittiham edənlər sırasında onu sevənlər daha çox canfəşanlıq edirlər. DOLAYI YOLLA BU DA SEVİNDİRİCİ BİR HALDIR.
DİGƏR BİR MƏQAMSA SOSİAL SİFARİŞİN mənim BAXSP sədri, prezidentliyə namizəd cənab Qüdrət Həsənquliyevin Rusiya sevgisinə olan münasibətimdə əks mövqedən çıxış etməmə Azərbaycan jurnalistikasının MÖHTƏŞƏM və MÖHTƏRƏM SİMASI AYDIN CANIYEV tərəfindən gəldi. Özü də ironik bir şəkildə. Və mən burada Möhtərəm Aydın Canıyevə aşağıdakıları anlatmaq məcburiyyətində qaldım…
Möhtəşəm və Möhtərəm Aydın Canıyev!!! Zatən əsil operativlik göstərdiyinə görə təşəkkür yenə də Sənə düşür. Bəli, düppədüz: “siyasətçi həqiqəti deməyiylə dəyərlidir, bəli”. Demanın yox, Yardımlının 32 yox, 33 kəndinin Əli Bayramlıya yox, Muğana köçürülməsi guya ki, “vətənimiz SSRİ”nin sərhəd problemi olduğu üçün yardımlılar deportasiyaya məruz qalıblar. Və elə bununla bağlı Sabir Rüstəmxanlının da kifayət qədər yazıları olub, Bunu Sən məndən də yaxşı bilirsən. VƏ LÜTFƏN, AYDIN CANIYEV, YANLIŞ YAPMA: MƏNİM AĞSAQQALIM SABİR RÜSTƏMXANLI DEYİL, SABİR RÜSTƏMXANLI SON DÖVR AZƏRBAYCAN PUBLİSİSTİKASININ ƏMƏLİ VƏ NƏZƏRİ BAXIMDAN SÖZ SAHİBİ OLAN, MÜSTƏQİL MƏTBUATIMIZN HAMİSİ OLAN YOL GÖSTƏRƏN AĞSAÇLISI, AZƏRBAYCAN MÜXALİFƏTİNİN YAŞ CENZİ BAXIMINDAN AĞSAQQALIDIR. VƏ, BU YANAŞMA MƏNİM MÖVQEYİMDİR.
Mənim mövqeyimin həqiqət olub olmaması da fərdi xarakter daşıyır. Bununla razılaşmamaq da təbiidir. Çünki hər kəsin görə biləcəyi bir həqiqəti var. GÖRƏ BİLDİKLƏRİ HƏQİQƏTİ bəyan etmək istəyənlər buyursunlar öz arqumentlərini söyləməklə özlərinin publisitikamız üçün AĞSAÇLI sandıqlarının potensiallarıyla bağlı əlahəzrət FAKTı ortya qoysunlar.. SƏNƏ İNANDIĞIM ÜÇÜN heç təqdim olunan tərəziyə də baxmayacaq, nəticəni Özündən soruşacağam, Aydın Canıyev!!!
MÖHTƏŞƏM AYDIN CANIYEV, BİL VƏ AGAH OL, DƏDƏM RƏHMƏTƏ GETDİYİ ÜÇÜN İNDİ MƏNİM AĞSAQQALIM MƏNİM AĞBİRÇƏYİM OLAN 80 YAŞLI SİZLƏRİN ANA DEDİYİNİZ NƏNƏMDİR. O NƏNƏM Kİ, SƏNDƏN ÖNCƏ MƏN DƏ FOTOSESSİYASINI YAYIMLAMAQ İSTƏYİRDİM Kİ, SƏN NAMƏRD İMKAN VERMƏDİN. ÖZ ANANIN, YƏNİ, ÖZ ANAMIZIN FOTOSESSİYASINI yayımlamaqla birinciliyi əldə etdin. Və mən bunu elə öz anamın fotosesiyası kimi qəbul edib bütün ANALARIN qarşısında baş əyib, virtual da olsa, onların əllərindən öpdüm….
DEYİRSƏN Kİ, “Sənin Ağsaqqalın Sabir Rüstəmxanlı ayrı yol bilirsə, desin, mən də onu təbliğ və təqdir edim”(????????)..
FAKTLARI SÖYLƏMƏDƏN SƏNƏ MÜBARƏK QƏLƏMİNİ ƏLİNƏ GÖTÜR VƏ SABİR RÜSTƏMXANLIN TƏQDİR ET, AYDIN CANIYEV!!!
ƏGƏR BÜTÖV AZƏRBAYCANI, 8 dövlət arasında param-parça edilmiş Azərbaycanı, qan yaddaşına sahib çıxmaq istəyən Azərbaycanı sevirsənsə, GÖY TANRI EŞQİNƏ təbliğ et Sabir Rüstəmxanlını!!!
Və zənn etmə ki, Rüstəmxanlıya görə bu, mənim Sənə yalvarışımdır! Sən Aydın Canıyev olmasaydın, ölsəydin də, mən bu səpkidə Sənə müraciət etməzdim!!!
Sabir Rüstəmxanlı “ayrı yol” bilir, Aydın Canıyev!
Və bu Yol ayrılıqlara gedən yol deyil, Aydın Canıyev!l!!!
Və bu Yol dövlətçiliyimizi, millətçiliyimizi Qərbin ayaqları altına salan yol deyil, Aydın Canıyev!!!
Və bu Yol milli birliyimizə, vətəndaş həmrəyliyimizə xələl gətirəcək yol deyil, Aydın Canıyev!!!
Rüstəmxanlının bildiyi Yol onun opponentlərinin fərdi maraqları naminə bilib demədikləridir, Aydın Canıyev!!!
Sən də bilirsən ki, O, BİLİR, AYDIN CANIYEV, BİLİR!
Mən Onun bildiyi haqqında danışmayacağam. Zəhmət çəkib, sənin, mənim sosial sifarişimizi nəzərə alıb Rüstəmxanlının Özü danışsın…
İki aydan çoxdur ki, mən Onu danışdıra bilmirəm. Sənin dəyərləndirdiyin saytlar var haaa, onlar mənim Sabir Rüstəmxanlıya olan müraciətimi dərc etməkdən belə boyun qaçırdılar. Niyəsini də bilmədim. Və niyəsini də çox gözəl bilirəm. Zaman gələcək, o “niyələr”i özüm deyəcəm. Bilirəm ki, dediyin sualfason yanaşmanın cavabını Özün gözəl bilirsən. Ancaq Sənin bir Qələm Əhli olaraq Çəkini nəzərə alaraq oxuyanların yanlış mövqeyə yuvarlanmalarını istəmədiyim üçün mən Rüstəmxanlının bildiklərini TƏKCƏ ONUN YAZDIĞI KİTABLARIN ADIYLA SƏNƏ VƏ SƏNİ OXUYANLARA BƏYAN EDİRƏM. Sonra da siz “Ağsaçlı, Ağsaqqal” sandıqlarınızın yazdıqlarını elə mənimsayaq ortaya qoyun. Görək kim kimdir?…….
“Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair kimi şer kitablarının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemalarının, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət əsərin, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi (Cavad xan)”, “Difai Fədailəri”, “Sunami” romanlarının və saymaqla bitməyən digər publisistik yazıların, Milli Məclisin stenoqramlarında yatıb qalan HAQQ SƏSİNİN MÜƏLLİFİDİR SABİR RÜSTƏMXANLI!..
Və bütün bunlar SƏNİN. MƏNİM, BÜTÖV AZƏRBAYCANIMIZIN “ÖMÜR KİTABI”dır, Möhtərəm və Möhtəşəm Aydın Canıyev!!!!
Dövlətçiliyimiz və millətçiliyimiz baxımından hansı yanlışları yapıb Sabir Rüstəmxanlı, Aydın Canıyev! “Radikal, real, ana müxalifət” Xocalı soyqırımını tanımayan qurumsaq qroslara bala nəvazişi, sevgili canan nazı göstərəndə Sabir Rüstəmxanlı hər zaman həqiqətin yanında olub. Müstəqilliyimizi əldə edəndən ta bu günədək bir yanlış sözünə mən rast gəlməmişəm, gəlmisənmi sən?…
ƏZİZİM AYDIN CANIYEV, TƏKCƏ BU KİTABLARIN ADLARINA NƏZƏR YETİRMƏK KİFAYƏTDİR Kİ, SABİR RÜSTƏMXANLININ PUBLİSİSTİK ÇƏKİSİ, MÖVQEYİ, AMALI, İNANCI, TAKTİKASI, STRATEGİYASI ANLAŞILSIN….ANLADA BİLDİNMİ?..
Və əsla mənim Sabir Rüstəmxanlını ideallaşdırmaq amacım da yox. Baxmayaraq ki, o yazının, o müraciətin məğzini tuta bilməyən dostlar məni hədəf seçdilər, mənə embarqo qoydular, məni “Hafiz Hacıyevə işləmək”lə “persona-non-qrata” elan etdilər. SabirRüstəmxanlısevərlər O DA BİR BƏŞƏR ÖVLADI. Ol səbəbdən də suçları da var, ancaq opponentləriylə müqayisədə bu suç çox kiçik. Adama ünvanladığım müraciət də hansısa bir suçdan və Rüstəmxanlı demokratiyasından bəhrələnib. Rüstəmxanlının DAK-la bağlı münasibətlərində də fərd olaraq mənim razılaşmadığım yetərincə məqamlar var. Ancaq söhbət nisbi müqayisəlilik və geopolitik baxımdan zamanın diktəsindən gedirsə, ONU BAĞIŞLAMAQ OLAR…..
SƏNə dərin hörmətlə……
Və mən də səbirsizliklə ELƏ SƏNİN KİMİ SABİR RÜSTƏMXANLININ CAVABINI GÖZLƏYİRƏM.
Yazıda vurğuladığım sonluğu bir daha qeyd edirəm. Əgər Sabir Rüstəmxanlı bu müraciəti özlərini onu sevənlər tək heçə sayacaqsa, onda bu Adam da mənim üçün mənim saldığım Ölülər Şəhərinin sakinlərindən birinə çevriləcək…
Eşq olsun Sabir Rüstəmxanlıya!!!
Eşq olsun Aydın Canıyevə!!!
Eşq olsun Müstəqil Mətbuatımızın Hamisiylə Müstəqil Mətbuatımızı Yaşadanların Qələmlərinə!!!!
VƏ EŞQ OLSUN SUSMAQLA GÖZLƏNTİNİN HƏMRƏYLİYİNƏ!!!
İgid Teymurlu