Neçə gündür içməli su problemindən əziyyət çəkən Abşeron rayon Saray qəsəbəsinin sakinləri avtomobil yolunu bağlayıblar.
Enter.News bizimyol.info-ya istinadən xəbər verir ki, sakinlər qəsəbənin içməli su ilə təmin edilməsini tələb ediblər. Post patrul və yol polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb, nəqliyyatın hərəkətini bərpa ediblər.