Hazırda Süveyş kanalından keçmək üçün növbə gözləyən 276 gəmi var.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Misirin gəmiçilik agentliyi “Leth Agencies” məlumat yayıb.
“127 gəmi Süveyş limanında (cənubda) lövbər salmaq üçün növbə gözləyir, 42 gəmi Süveyş kanalının şimal və cənub hissələri arasında yerləşən Böyük Duzlu Gölün yaxınlığındakı İsmailiyyə sahilindədir, 107 gəmi isə Səid limanında (şimalda) lövbər salıb”, – agentlikdən bildirilib.
KİV-in yazdığına görə, hazırda torpağa ilişib qalan gəmidə təxminən 10 milyon barel neft və neft məhsulları var ki, bunun da 2,6 milyon bareli Rusiyaya məxsusdur. Rusiyadan gələn neftin ümumi dəyərinin 160 milyon dollar ola biləcəyi təxmin edilir.