Süveyş kanalını bağlayan gəmi müsadirə edilib

Süveyş kanalını bağlayan gəmi müsadirə edilib

Müstəqil.Az xəbər verir ki, gəmi bu müddət ərzində məhkəmənin nəzarəti altında olacaq və təzminat ödənilənə qədər operator kompaniya ondan istifadə edə bilməyəcək.

Aprelin 13-ü səhər saatlarında gəmi heyəti məhkəmənin qərarı barədə məlumatlandırılıb.

Təzminata xilasetmə əməliyyatının qiyməti, kanalın fəaliyyətinin dayanması səbəbindən ölkəyə dəyən zərər və itirilən tranzit haqları daxildir. Süveyş kanalının administrasiyası öz iddiasında Misirin xüsusi məhkəmənin qərarı əsasında gəmilərin müsadirə olunmasına icazə verən dəniz ticarəti qanununun müvafiq maddəsinə əsaslanır.

Süveyş kanalının rəhbəri Üsamə Rabiyə təhqiqatın nəticələrinin aprelin 15-də elan olunacağını bildirib.

Qeyd edək ki, martın 23-də səhər saatlarında Çindən Rotterdama üzən və uzunluğu 400 metr, yükdaşıma qabiliyyəti isə 224 min ton olan “Ever Given” konteyner gəmisi Süveyş kanalının 151-ci kilometrində saya oturmuş və kanalın yolunu bağlamışdı. Nəticədə baş verən nəqliyyat böhranı yük gəmilərinin altı gün növbədə dayanmasına səbəb olmuşdu. Gəmi martın 29-da axşam saatlarında saydan çıxarılmış və kanalın nəqliyyat əlaqəsi bərpa edilmişdi. Bütün bu müddət ərzində 400-dən çox gəmi keçiddə növbəyə düzülmüş, tıxac isə demək olar ki, Hindistana qədər uzanmışdı.

Müstəqil.Az

mənbə:”Seanews.az”

Share: