Təyyarədə həyəcan: Afrikanın ən zəhərli ilanlarından biri uçuş vaxtı pilota hücum etdi

Təyyarədə həyəcan: Afrikanın ən zəhərli ilanlarından biri uçuş vaxtı pilota hücum etdi

Cənubi Afrika Respublikasında Keyptaundan Pretoriyaya uçan təyyarədə ilan pilota hücum edib.

Ölümcül zəhərli kobra sərnişin təyyarəsinin kabinəsinə girib.

Qeyd olunur ki, uçuş zamanı pilot belində nəsə sürüşkən və soyuq bir şeyin olduğunu hiss edib. Məlum olub ki, havaya qalxmazdan əvvəl Afrikanın ən zəhərli ilanlarından biri (Cape cobra) təyyarəyə girib.

Pilot vəziyyəti dəyərləndirib və ən yaxın hava limanına təcili eniş etmək qərarına gəlib. Təyyarədə olan sərnişinlərdən heç biri xəsarət almayıb.

İlanı axtarmaq üçün təyyarəyə ilan ovçusu dəvət edilsə də, onu tapa bilməyib.

Mənbə: Mk.ru

Share: