TƏBİB-dən vaksinlə bağlı AÇIQLAMA…

TƏBİB-dən vaksinlə bağlı AÇIQLAMA…

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Bununla da əhalimizin 10 faizinə peyvənd vurulması üçün vaksinlər gözləyirik”.

Müstəqil.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, GAVI tərəfindən Azərbaycana hansı vaksinlərin verilməsi barədə hələlik məlumat yoxdur:

“Biz onlara necə peyvənd istədiyimizi bildirə bilirik. Təşkilatdan aprel ayına peyvəndi gözləyirik. Artıq qış keçmiş olacaq, bu da bizim üçün zaman itkisi ola bilər. Hazırda Avropada insanlara peyvənd vurulmasına başlanılıb. Biz də bu ölkələrin sırasında olmaq istəyirik”.

“Vaksinlərin vurulması ilk olaraq risk qruplarına şamil olunacaq.

Yaxın günlərdə əhaliyə vaksinlər barədə geniş məlumatlar veriləcək. Peyvəndin yarada biləcəyi allergik reaksiya ola bilər. Bundan heç kim sığortalanmayıb. Bu, o demək deyil ki, peyvəndlər təhlükəlidir”, – deyə o qeyd edib. / “Oxu”

Share: