Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bu barədə Müstəqil.Az – a TƏBİB-dən bildirilib.
Digər 2 nəfərin isə vəziyyəti stabildir.
Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.
Müstəqil.Az