Təbrizdə “Alman Konsulluğu” kimi tanınan tarixi abidənin divarları uçub.
Kulis.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat yayıblar.
Binanın divarlarının uçmasına küçənin genişləndirilməsi üçün aparılan qanunsuz söküntü işləri səbəb olub.
Alman Konsulluğu binası 1900-cu ildə Qacarlar dönəmində Təbrizin mərkəzi bağlarından birində tikilib.
Qeyd edək ki, tarixi bina 26 may 2021-ci ildə İran Milli Əsərləri siyahısına daxil edilib.