HƏZƏRXAN
Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş təcrübəli pedaqoq, dəyərli insan, dostum Həzərxan Əbilov üçün.
Hamı çox istəyir, hamı çox sevir-
Əbilov Həzərxan Vəli oğlunu.
Dostlar ünvanına xoş sözlər deyir-
Əbilov Həzərxan Vəli oğlunun.
Sanki şəkər qatıb, bal qatıb dilə,
Dindirir hamını o gülə-gülə.
Adı hörmət ilə çəkilir elə-
Əbilov Həzərxan Vəli oğlunun.
Sevirsə obanı, sevirsə eli,
Şəninə söz demək gərəkdi, bəli!
Atası Vəlidi, nəvəsi Vəli-
Əbilov Həzərxan Vəli oğlunun.
Yaradan həmişə olsun ona yar,
Olmasın könlündə nə qəm, nə qübar.
Qəlbində məhəbbət, üzündə nur var-
Əbilov Həzərxan Vəli oğlunun.
Şərafəddin Ilkin