Rusiyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.
Müstəqil.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ölkənin İstehlakçı Hüquqlarının Müdafiəsi və Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova “Russia 1” telekanalına müsahibəsində deyib.
Bildirilir ki, ştamm İngiltərədən qayıdan rusiyalılar arasında aparılan test nəticəsində bir kişidə aşkarlanıb.
Qeyd edək ki, koronavirusun “Britaniya ştammı” yayılma sürətinə görə təhlükəli hesab edilir. /Modern.az/