Sevimli sənətkarımız, Respublikanın Əməkdar artisti, aktrisa Sənubər xanım İsgəndərliyə:
El gözü tərəzi, el sevir səni,
Bu yaz vaxtı bağda gül sevir səni.
Nəğməli könüllər, dil sevir səni,
Təkrarsız sənətkar Sənubər xanım!
Tomris, Jalə, Rəna, Zəminə, Solmaz,
Bir-birindən gözəl, maraqlı obraz.
Yaratdıqlarından heç ürək doymaz,
Təkrarsız sənətkar Sənubər xanım!
Dayanma, yorulma sərf elə əmək,
Oyna tamaşalar al-əlvan, qəşəng.
Baxaq rollarına nəsə öyrənək,
Təkrarsız sənətkar Sənubər xanım!
İstedadın zülmət yaran dan üzü,
Nəzərdən qorusun Yaradan sizi.
Tək qoymayın nolar heç zaman bizi,
Təkrarsız sənətkar Sənubər xanım!
Səhnədə başına qızıllardan tac,
Qoyular inşallah, bu bahar, bu yaz.
Vətən göylərindən nur, şöləni saç,
Təkrarsız sənətkar Sənubər xanım!
Qızın, kürəkənin arxan, dayağın,
Nəvələr əlində şansın, bayrağın.
Gülsün ev-eşiyin, yansın ocağın,
Təkrarsız sənətkar Sənubər xanım!
Müəllif: AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı