“Tələblər yerinə yetirilməsə, etiraz aksiyasını davam etdirə bilərsiz…” – Paşinyandan Qarabağ ermənilərinə mesaj…

“Topu Qarabağ hakimiyyətinin meydanında saxlamaq düzgün olardı, əgər məsələ əldə olunmuş razılıqlar çərçivəsində həll edilməsə, siz topu yenidən öz meydanınıza keçirə bilərsiniz…” Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu öz “Facebook” səhifəsində son günlər Azərbaycanın işğal altındakı Xankəndi şəhərində etiraz aksiyası keçirən  ermənilərə müraciətin işğalçı Ermənistanın baş naziri Nikol Paşiyna yazıb.
“Qarabağın güc strukturları nümayəndələrinin davranışı narahatlıq doğurur. Bu situasiyanın konkret həlli olmalı və konkret nəticələrə gətirib çıxarmalıdır… Mən Qarabağdakı hadisələri diqqətlə izləyir və Bako Saakyanla  əlaqə saxlayıram. İndi elə mərhələ gəlib ki, etirazçılar Saakyana bu razılaşamaları həyata keçirməyə imkan verməlidilər. Bu, əsəbi yox, sakit şəraitdə edilməlidir, amma hazırda mitinqlər buna mane olur. Mitinqləri konkret razılıqlara nail olmaq üçün keçirmək lazımdır. İndi nəticələr artıq var. Faktiki olaraq, mitinqlər öz hədəfinə çatdı..” – deyə Paşinyan bildirib.
 “Hazırda topu Qarabağ hakimiyyətinin meydanında saxlamaq düzgün olardı, əgər məsələ əldə olunmuş razılıqlar çərçivəsində həll edilməsə, siz topu yenidən öz meydanınıza keçirə bilərsiniz… Yəni aksiyaları bərpa edə bilərsiniz…. Mənim qardaş çağırışım–etiraz aksiyalarını qurtarın və ya onları dayandırın ki, hakimiyyət etiraz edənlərlə əldə olunmuş razılıqları reallaşdıra bilsin…”, – deyə erməni baş nazir etirazçılara müraciətində vurğulayıb.

Share: