Təl-Əvivin mərkəzinə toplaşan minlərlə etirazçı aksiya keçirir.
xəbər verir ki, aksiya iştirakçıları İsraildə növbədənkənar seçkilərin keçirilməsini tələb edir.
Etirazçılar həmçinin girovların azad edilməsi üçün təcili razılığın əldə olunmasını istəyir.
Etiraz aksiyaları hökumət binaları kompleksinin yaxınlığında keçirilir.
İsrail polisi hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı ictimai asayişi pozduqları üçün 16 nümayişçini həbs edib.