“Tənqid faktlara, analizə əsaslanarsa, təbii ki, faydalıdır”

“Tənqid faktlara, analizə əsaslanarsa, təbii ki, faydalıdır”

Müstəqil.Az Bakı Slavyan Universitetin kafedra müdir müavini Quliyeva Leylanın müsahibəsini təqdim edir:

  • Müəllimlik sənətinə maraq hardan yarandı?
  • Uşaq vaxtı Ulu Öndər Heydər Əliyev təhsil və müəllimlər haqqında çıxışlarını dinlədikdən sonra bu peşəni sevməyə başladım. Görün biz müəllimlərə necə dəyər verir – “Mən dünyada müəllimdən yüksək ad tanımıram”.  Mən belə düşünürəm ki, qızıldan, bahalı daş-qaşdan da dəyərlidir Ulu öndər Heydər Əliyevin cümələləri. Bir müddət müəllimlik sənətdində ayrıldım. Yenidən qayıdana qədər sanki boşluğun içində idim.
  • Bildiyim qədər siz kafedra müdir müavinisiz. Dərs deməyinizə mane olmur ki?
  • İki işidə sevərək edirəm. Amma dərs deməkdən zövq alıram. Tələbələrimlə aram çox yaxşıdır. Onlar məndən qorxmur. Mən olduğum kimi qəbul edirlər… Bu isə mənə stimul verirlər.
  • Belə deyim var – Müəllim əl çatmaz olmalıdır. Sizə necə düşünürsünüz?
  • Müəllim niyə əl çatmaz olsun ki? Əslində elə müəllim əl çatan olmalıdır. Uşaq vaxtı elə bilirdik müəllimə yatmır, su içmir, teatra, kinaya getmir, musiqi dinləmir… Bir tələbəm var idi. Ad çəkmək istəmirəm. Hammı ilə dalaşırdı. Bir gün mənə dedilər o ancaq səni dinləyir. Bax budur müəllim sevgisi, hörməti. Görünür qazanmışam.
  • Təhsilimiz istədiyiniz kimidir?
  • 100-də 100-lük işlər olmur. Ən asası odur, ki, il-ildən uğurlarımız olur təhsil sahəsində.-Dərsdən əlavə hansı işlə məşğul olursunuz?

    Vaxtımın böyük əksəriyyəti dərsdə keçir, sonra sabahkı günün dərslərinə hazırlaşıram. Qalan vaxtımda da məişət işləri ilə məşğul oluram.

  • “Gələcək, müəllimin əsəridir” bu fikirlə razısınız?

    -Bəli razıyam. Çünki hər bir insan gələcəkdə uğur qazanmaq, cəmiyyətdə öz yerini tutmaq üçün ilk olaraq ailəsinə, daha sonra isə müəlliminə borcludur. Bu baxımdan müəllim gələcəyin yaradıcısıdır desək, heç də yanılmarıq. Uşaq beyni ağ kağız kimidir, nə öyrətsən onu da götürəcək. Ona görə də mən də öz növbəmdə çalışıram ki, şagirdlərə elmin sirlərini dərindən öyrədim.

  • Tənqid sizə yardım edirmi?
  • Problemə işarə edən sağlam rəqabət yardım edir. Tənqid faktlara, analizə əsaslanarsa, təbii ki, faydalıdır.

Söhbətləşdi: Tural Balabəyli

 

Share: