“Tərtər işi” dezenformasiyadır və Azərbaycanın hüquq- mühafizə orqanlarına ermənilər tərəfindən ötürülüb”

“Tərtər işi” dezenformasiyadır və Azərbaycanın hüquq- mühafizə orqanlarına  ermənilər tərəfindən ötürülüb”

“Azərbaycan ordusunda erməni casuslarının işgəncə verməklə axtarışların aparıldığı məşhur “Tərtər işi” yenidən gündəmdədir. Mətbuatda müxtəlif hüquq müdafiəçiləri tərəfindən verilən məlumatlarda həmin işdə 100-dən çox əsgər və zabitin işgəncəyə məruz qalıbdığı, 25 nəfərə qanunsuz olaraq uzun müddətli həbs cəzasının tətbilq olunduğu, ən azı doqquz nəfərin işgəncədən öldüyü bildirilir.”

Bu sözləri tanınmış hüquqşünas, hüquq müdafiəçisiŞ VHP-nın üzvü Əlövsət Əliyevin “Tərtər işi” ilə bağlı Müstəqil.Az-a  münasibət bildirərkən deyib:

“Azərbaycan ordusunun işgəncə qurbanı olmuş yüzdən çox əsgəri haqqında məhkəmə qərarları, məhkəmə tibbi ekspertizasının rəyləri və digər sənədlərlə də qeyd olunanlar sübuta yetirilir. Məhkəmə prosesləri qapalı kecirildiyindən ictimaiyyətə ətraflı məlumat verilməyib. 2017-ci ilin may ayında bir dəfə Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri umumi bir məlumat paylaşıblar. Həmin vaxtdan sonra davam edən etirazlara hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən heç bir açıqlama verilməyib.
2017-2018-ci illərdə elə bir qorxu aşılanmışdı ki, hətta valideyinlər və ailə üzvləri də etiraz edə bilmirdilər. Çünki həbs edilənlərin və öldürülənlərin hamısının vətən xaini olduqları, ermənilərlə əməkdaşlıq etdikləri barədə məlumat yayılırdı.
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ofisi də bu işlə bağlı suallarımıza detallı cavab verməyib.
“Tərtər hadisələri” zamanı vətənə xəyanətdə ittiham olunaraq həbs edilən şəxslərin ailələri narazı qaldıqları üçün hətta Prezident Administrasiyası qarşısında da aksiya keçiriblər və onların narazılıqları artmaqda davam edir.
Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, VHP adından Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunmalıdır. Müraciətlə xahiş olunmalıdır ki, baş verənlər haqqında ictimaiyyətə geniş məlumat verilsin, Azərbaycan ordusunun gözdən salınmasına xidmət edən hər bir işgəncə faktına hüquqi qiymət verilməsi, bunun arxasında kimlərin dayanması müəyyən olunması təmin olunsun, deyən Əlövsət bəy, daha sonra əlavə edib, bütün Siyasi Partiyalar bu məsələyə münasibət bildirməlidir. Deputat istintaq qrupu yaradılmalıdır. İlk növbədə üzvü olduğum VHP-sı adlndan Respublika Baş Prokurorluğuna müraciət olunmalıdır. Əgər prakurorluq tərəfindən yenidən normal bir cavab alınmazsa, işgəncə verənlər və bu işgəncə verənlərin ardında dayanan məmurlar ifşa olunmazsa, onda hesab edirəm ki, Milli Məclis bir istintaq qrupu yaratmalı və bunu araşdırmalıdır. Çünki Azərbaycan Müdafiə Nazirliyinə, Azərbaycan dövlətçiliyinə ciddi zərər toxunulub, ölkəmizin imicinə ciddi xələl toxunulub, xəsarət yetirilib. 13 yaşından hərbi məktəbə ömrünü hərbiyə sərf edən hərbiçilərə işgəncə verilib, qətlə yetirilib, ordudan uzaqlaşdırılıb. Ona görə bu faktların hər birinə dəqiq  hüquqi qiymət verilməlidir”.

Ə. Əliyev daha sonra hesab  ki bu işin arxasında azərbaycanlılar dayanmır. Bu, ciddi araşdırılmalıdır. “Tərtər işi” dezenformasiya nəticəsində araşdırılan bir işdir və bu dezenformasiya Azərbaycanın hüquq – mühafizə orqanlarına məhz elə ermənilr tərəfindən ötürülüb. Əks halda bu qədər insan yalançı istintaqın qurbanı ola bilməzdi, deyib.

Müstəqil.Az

 

Share: