Tərtər istiqamətində döyüşlər davam edir

Tərtər istiqamətində döyüşlər davam edir

Döyüşlərin 13-cü gününə təsadüf edən və bu gün, oktyabrın 10-da 12:00-dan humanitar məqsədlərlə atəşkəs razılaşmasının qüvvəyə minməsinə bir neçə saat qalıb.

Müstəqil.Az xəbər verir ki, Musavat.com-un yaydığı məlumata görə, Tərtər istiqamətində ötən günlərdən fərqli olaraq düşmən gecə saatlarında da atəşi dayandırmayıb. Hazırda da Tərtər istiqamətində top səsləri eşidilir, ordumuzun hissələri düşmənin atəş nöqtələrini susdurmaq üçün adekvat addımlar atır.

Bu gün səhər 6-da döyüşlərin 14-cü günü tamamlanıb və ötən müddətdə işğaldan azad olunan Azərbaycan ərazilərində düşmənin xeyli sayda məhv edilmiş canlı qüvvəsi qalıb. Veriləcək zamanda düşmən ərazilərimizdən meyitlərini daşıyıb Ermənistana aparmalıdır…

Share: