Tərtər rayonunda “Şuşa İli” ilə bağlı tədbir keçirilib

Tərtər rayonunda “Şuşa İli” ilə bağlı tədbir keçirilib

Müstəqil.az xəbər verir ki, Tərtər rayon Heydər Əliyev adına parkda “Şuşa İli” ilə bağlı tədbir keçirilib.
Öncə tədbir iştirakçıları mədəniyyət işçilərinin canlandırdığı Vaqif və Xurşidbanu Natəvanın obrazlarını izləmiş və kənd mədəniyyət müəssisələrinin özfəaliyyət dərnəkləri tərəfindən Şuşa İli ilə bağlı hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Həmçinin tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova “Əsgərə məktub” layihəsinə qoşularaq qalib ordunun əsgərlərinə məktub ünvanlayıblar.
Sonra tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbir Tərtər rayon nümayəndəliyi tərəfindən hazırlanmış konsert proqramı və rayon uşaq bağçalarının balaca fidanlarının çıxışları ilə davam edib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Regional Mədəniyyət idarəsinin rəisi Vəsilə Möhsümova və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən qazilərimiz çıxış edərək Şuşanın tarixindən, yerləşdiyi mövqeyə görə Şuşanın Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğundan, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətdən və qazanılan qələbdən geniş söz açıblar.
Tədbirin sonunda VIII Televiziya Muğam müsabiqəsində iştirak edərək II yerə layiq görülmüş Tərtər rayon uşaq musiqi məktəbinin məzunu Ülkər Abdullayevə Tərtər rayon İcra Hamiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olunub.

Müstəqil.az

Share: