Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, rayonun Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.
Araşdırma aparılır.
“Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq” – DİN-in məlumatında qeyd olunur.