Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) genişləndirilməsi ehtimalı istisna edilmir.
xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “Milli Müdafiə” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hərbi-siyasi müttəfiqliyə ehtiyac xeyli artır.
“Bu təbiidir və tarix bunu təsdiqləyir. Üstəlik, KTMT çox əlverişli iştirak şərtləri təklif edir”, – Tasmaqambetov qeyd edib.
Baş katib əlavə edib ki, KTMT böhranlı vəziyyətlərin həllində siyasi və diplomatik üsullara üstünlük verir.