ABŞ-ın Merilend ştatında təyyarə sıradan çıxaraq okeana düşüb.
“The Sun” xəbər verir ki, kiçik həcmli təyyarə qəfildən enib və insanların istirahət etdiyi çimərlikdən bir az aralıda suya düşüb.
Hadisədən təlaşa düşən insanlar dərhal sudan sahilə çıxıblar. Təyyarənin pilotunun 23 yaşlı Trevor Deyl olduğu məlum olub.
O, xəsarət almayıb. Təyyarənin göyərtəsində pilotdan başqa heç kim olmayıb.