Təyyarələrimiz Zəngəzur üzərindən uçsa… – Ekspert

Təyyarələrimiz Zəngəzur üzərindən uçsa… – Ekspert

Zəngəzur dəhlizi açıldıqdan sonra təyyarələr bu ərazidən uçsa, bəzi istiqamətlərdə məsafə bir qədər azalmış olacaq. Bu da bilet qiymətlərində müəyyən qədər ucuzlaşmaya səbəb olar.

Müstəqil.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Murad Calalov deyib.

Onun sözlərində görə, bu səbəbdən də daxili uçuşların qiyməti az miqdarda enə bilər, o ki qaldı beynəlxalq uçuşlara, bunun heç bir təsiri olmayacaq:

“Çünki beynəlxalq uçuşlarda əsasən gömrük rüsumları nəzərə alınır. Gömrük rüsumu yüksək olsa, qiymət yuxarı, az olsa, aşağı olacaq. Dediyim kimi, yanacaqda o qədər də fərq olmayacağı üçün qiymətlərdə də böyük fərq gözlənilmir. Digər tərəfdən isə mənəvi baxımdan qiymətlər aşağı salına bilər ki, insanlar uçuş etsinlər. Bu, onlarda ruh yüksəkliyi yaradacaq ki, 30 ildən sonra işğaldan azad olunmuş ərazilər üzərindən uça bilirlər”.

Müstəqil.Az

Share: