Şamil Süleymanov və Rasim Cəfər
7 Martın saat 19:00-da “Azərbaycan” Cinema-da “Tabutçunun yelləncəyi” filminin təqdimatı baş tutacaq.
Kulis.az xəbər verir ki, bu barədə Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Rejissoru Elmar İmanov olan filmdə aktyor Şamil Süleymanov və Rasim Cəfər baş roldadır.
Tabut düzəldən ata (Yaqub) ilə əqli çatışmazlığı olan yetkin oğul (Musa) arasında münasibətlərdən bəhs edən film dramatik məqamlarla yadda qalır.
Ata, oğlu ilə daim sərt davranır, onu sevmir. Musa isə dinməzcə yaşayır. Günlərin birində oğlunun qızdırmadan halının pis olduğunu görən ata onu həkimə aparır. Həkim Yaquba bəd xəbər verir: oğlu ağır xəstədir, onda şiş var, ömrünün sonuna az qalıb.
Qeyd edək ki, film 2012-ci ildə “Tələbə Oskarı” mükafatında “Xarici film” nominasiyası üzrə bürünc medala layiq görülüb.