Tacikistan və Əfqanıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub.
“Qafqazinfo xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Bildirili ki, yeraltı təkanlar Bakı vaxtı ilə 00:49-da qeydə alınıb.
Zəlzələnin ocağı 35 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.