Tacikistanla sərhəd münaqişəsi zamanı Qırğızıstandan ölən sakinlərin sayı 62 nəfərə çatıb.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilir ki, zərərçəkənlər arasında – 171 kişi və 19 qadın var. Bundan başqa, 13-ü uşaq olmaqla ümumilikdə 198 vətəndaş xəsarət alıb.
Xatırladaq ki, sentyabrın 16-da Qırğızıstan və Tacikistan sərhədinin mübahisəli hissəsində növbəti silahlı toqquşma baş verib. Bişkek və Düşənbə təxribatlarda bir-birlərini ittiham edirlər.