Türkiyə milli taekvondo komandasının 5 oyunçusu ilə bağlı şok görüntülər ortaya çıxıb.
Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, milli taekvondoçulardan 5 nəfər qadınların yığmasındakı 1 qadınla cinsi əlaqədə olub və bu olayın görüntülərini mobil telefona çəkiblər.
Sosial mediada sürətlə yayılan bu foto Türkiyədə şok effekti yaşadıb. Otaqdakı idmançıların hamısının üzü görünsə də, fotonun kim tərəfindən sosial platformalarda yayımlandığı hələ ki, bilinmir.
Türkiyə Taekvondo Federasiyası məsələ ilə bağlı rəsmi açıqlama verib. Məlumata görə, federasiyasının nəzdində istintaq araşdırma qrupu yaradılıb və məsələ araşdırılıb. Nəticədə yayılan şayiələrin federasiyanın idmançıları ilə heç bir əlaqəsinin olmadığı, otaqda olan qadının nəinki milli, heç idmançı olmadığı, federasiyanın fəaliyyətinə zərər vermək üçün belə bir iddianın ortaya atıldığı bəlli olub. Mövzu ilə əlaqədər bu tipdə xəbər yayan insanların isə məsuliyyətə cəlb ediləcəyi qeyd edilib.