Tailandın cənubunda son 50 ilin ən dəhşətli daşqınları baş verib.
xəbər verir ki, bu barədə “Bangkok Post” xəbər verir.
Təbiət hadisəsi 12 nəfərin həyatına son qoyub.
Səhiyyə Nazirliyi 7 minə yaxın insana yardım göstərmək üçün 43 təxliyə mərkəzi açıb.
Yağışların dayanması ilə çaylarda suyun səviyyəsi azalmağa başlasa da, Pattani əyalətində əhalinin həyatı üçün təhlükə qalmaqdadır.
Ümumilikdə Tailandın cənubunda 260 mindən çox sakin daşqınından zərər görüb.