Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı ölkədə qadınlarının qeyri hökumət təşkilatlarında işləməsini qadağan edib.
Göstərişi təsdiq edən sənəd “Taliban” tərəfindən təyin edilən Əfqanıstanın iqtisadiyyat naziri Karidin Məhəmməd Hənifə tərəfindən imzalanıb.
Göstərişdə qeyd olunur ki, yuxarıda qeyd olunan qadağaya məhəl qoymayan QHT-lərin lisenziyaları ləğv ediləcək.
Səbəb kimi qadın QHT əməkdaşlarının “Taliban” hökumətinin hicaba dair tələblərinə riayət etməməsi, həmçinin orada çalışan qadınlar haqqında çoxsaylı şikayətlərin daxil olması göstərilib.
Mənbə: Sputnik Əfqanıstan