“Taliban” zina və oğurluq edən 27 nəfəri qamçılayıb

“Taliban” zina və oğurluq edən 27 nəfəri qamçılayıb

Radikal “Taliban” hərəkatının tərəfdarları Əfqanıstanın Pərvan əyalətində 18 kişi və 9 qadını qamçılayıb

Məlumata görə, onlar oğurluq, nikahdan kənar münasibətlər və evdən qaçmağa görə cəzalandırılıblar.

Cəza “Çarikar” stadionunda həyata keçirilib. Cinayəti törədənlərin hər biri 29-dan 35-ə qədər şallaq zərbəsi alıb.

Hökmün icrasında yüzlərlə yerli sakin və “Taliban” hərəkatının nümayəndəsi iştirak edib.

Mənbə: iz.ru

Share: