Tanınmış dustaq ACLIQ ELAN ETDİ

Fransanın ən tanınmış dustağı Reduan Faid aclıq aksiyasına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Figaro” qəzeti həbsxanadakı mənbəyə istinadən yazıb. Təxminən 3 ay əvvəl helikopterlə həbsxanadan qaçmağa müvəffəq olan Faid ötən həftə tutulmuşdu. Məhkum məktubunda onun işi ilə məşğul olan müstəntiqə etiraz əlaməti olaraq aclıq etdiyini bildirib.

Vanden-le-Vey kommunasının həbsxana rəhbərliyi Faidin özünə qəsd etməməsi üçün müvafiq tədbirlər görür. Təhlükəli məhbus birnəfəlik kamerada saxlanılır.

Share: