“Azad Azərbaycan” Telekanalının redaktoru Eldəniz Vəliyev işindən ayrılıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkədə yazıb.
“ATV ilə yollarımız ayrıldı. 3 il çalışdığım bu şirkət mənim üçün çox doğma olmuşdu. Amma pis olmadım. Çünki heç bir şeyin daimi olmadığını lap çoxdan anlamışam. Əsas olanı odur ki, vicdanla işlədim, ləyaqətimi hər şeydən və hər kəsdən uca tutdum. Sakit gedirəm, hər zamankı kimi… Yemək yediyim qaba tüpürənlərdən (üzr istəyirəm) deyiləm. Üzərimdə haqqı olanlardan halallıq, bilməyərəkdən incitdiklərimdən (əyər incitmişəmsə) bağışlanmağımı istəyirəm! Var olun!”.
Müstəqil.Az