Tanınmış kinorejissor və ssenarist vəfat etdi

Tanınmış kinorejissor və ssenarist vəfat etdi

Yaponiyalı ssenarist və kinorejissor Yukiko Takayama 83 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, qadın psixologiyasına əsasında ssenarilərin, detektiv dramlar, detektiv hekayələr və tarixi dramların müəllifi Yukiko Takayama vəfat edib.

Qeyd edək ki, Takayama “Qodzilla Motraya qarşı”, “Flandriya iti”, “Mexaqodzilla terroru”, “Qassan”, “Tohno hekayəsi”, “İmperator Tokuqava Ooku”, “İnsan” kimi tanınmış filmlərinin müəllifidir.

Onun 2010-cu ildə nəşr olunan “Genjinin nağılı: Kədər Şahzadəsi” romanı 2011-ci ildə “Genjinin nağılı: Min ilin sirri” adı ilə filmə çəkilib.

Share: