Kulis.az xəbər verir ki, “İpək sərvəti” layihəsi “Azerbaijan kelagayi” Milli Brendi ilə birgə reallaşdırılıb.
Dəfilə Taraz şəhərinin “Көне Taraz” etnomədəni kompleksinin “Şahristan” sərgi pavilyonunda baş tutacaq. 2017-ci ildə dünyanın nüfuzlu geyim dizaynerlərindən biri olan Aydarxan Kaliyev tərəfindən yaradılmış “Aspara Fashion Week” bu il “Mədəniyyətlərin dialoqu” devizi altında keçiriləcək. Moda Həftəsi oktyabrın 1 – dən 4-dək “Taraz-sənətkarlar şəhəri” Beynəlxalq sənətkarlıq sərgisi çərçivəsində təqdim olunacaq.
Ekspozisiyada, həmçinin “Cizgi by Gulnara Khalilova”dan araxçınlar, ipək yaylıqlar və libaslar təqdim olunacaq.
“Aspara Fashion Week” onuncu mövsümünün keçirilməsində məqsəd milli dəyərlərin müqayisəsi və digər xalqların dəyərlərinə hörmətlə və qayğıkeş münasibətidir, etnomədəni birgə yaşayışın mümkünlüyü yaradılması ilə bağlı mədəniyyət dialoqunun atmosferini yaratmaqdır”, – deyə Gülnarə Xəlilova qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.