Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.
Müstəqil.Az xəbər verir ki, 70 yaşlı H. Cəbrayılov bu gün səhər saatlarında əməliyyat olunduğu özəl xəstəxanada həyatla vidalaşıb.
AZTV-nin arxivində çalışan sənətçi 27 iyulda infarkt keçirib və təcili şəkildə əməliyyat olunub.
Mərhumun yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək, Pirşağı qəbiristanlığında dəfn olunacaq.
1949-cu il təvəllüdlü Həsən Cəbrayılov bu yaxınlarda 70 illik yubileyini qeyd edib.
Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO