Tanınmış müğənni İbrahim Tatlısəslə bağlı yayılan yeni xəbər gündəmə bomba kimi düşüb.
Müstəqil.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənninin doğulduğu Şanlıurfadakı mağara muzeyə çevrilib.
Bu addım Şanlıurfa bələdiyyəsinin təşəbbüsü ilə reallaşıb. Muzeyin açılışında müğənni İbrahim Tatlısəsin özü də iştirak edib.
“Ailəmin maddi vəziyyəti pis olduğu üçün mağarada yaşayırdıq. İnanıram ki, muzey Şanlıurfa şəhərində turizmin inkişafına öz töhfəsini verəcək”. BAKU.WS
VİDEO