Müstəqil.AZ xəbər verir ki, 22- 31 oktyabr Türkiyənin Kahramanmaraş şəhərində Böyükşəhər bələdiyyəsi tərəfindən təşkil olunmuş “Kahramanmaraş 7-ci Mədəniyyət və Kitab sərgisi” keçirilib.
Yüzdən çox nəşriyyatın qatıldığı bu tədbirdə saysız-hesabsız kitablar ziyarətçilər və kitabsevərlər üçün təqdim olunub.
15 fərqli ölkədən qonaq gəlmiş şair və yazıçılar “2-ci Beynəlxalq Şeir və Ədəbiyyat günləri” tədbirindən sonra möhtəşəm kitab sərgisini də ziyarət ediblər.
Sərginin sonuncu günü Türkiyənin tanınmış şairi Cahit Günayın “Hicran vakti” adlı kitabının da imza günü və təqdim olunma mərasimi baş tutub.
Kitabın üz qabığı müəllifin yaxın dostu, tanınmış azərbaycanlı rəssam Sehran Allahverdiyə aiddir. “Efsus” nəşriyyatı tərəfindən təşkil olunmuş iki saatlıq tədbir böyük maraq və sevgiylə qarşılanıb. Müəllif Cahit Günay kitabla yaxından maraqlanan oxucularla söhbət edib kitablarını imzalayıb.
Tədbirin sonunda bölgə televiziyası AKSU TV Asilhan Yılmaz bəyin dəvət etdiyi “Aksu TV Anahaber” verilişinə qatılıb sərgi haqqında xoş təəssüratlarını bölüşərək şeirlərindən səsləndirib və bu gözəl günün keçirilməsindən əməyi keçən hər kəsə,xüsusilə Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinə təşəkkürlərini bildirib .O, qeyd edib ki, hər birimiz mədəniyyət keşikçisiyik və mədəniyyətimizi,tariximizi qürurla gələcək nəsillərə daşımağa şərəflə xidmət göstərəcəyik.
Cahit Günay sərgiyə birlikdə qatıldığı İnönü univeritetinin müəllimi Dosent,Dr. Hasan Aydemir və Kahramanmaraş “Yedi iqlim” kurslarının sahibi ,iş adamı Mustafa Akyol ilə birlikdə ayrılarkən başda “Efsus” nəşriyyatının sahibi Ahmet Ateş, tv -nin baş redaktoru Mehmet Ali Tatlı, tv-nin xəbər proqramının aparıcısı Asilhan Yılmaz , 12 Şubat bələdiyyəsinin mədəniyyət rəhbəri Serdar Yakar , göz doktoru Ali Dal, Celalettin Kurt, Hüseyn Gümüş, müəllifin yaxın dostu,həmkarı yazar Hüseyn Kayış, yazar Merve Ateş, yazar Abdulhakim Eren, Yılmaz Tatar,Sedat Günalmış, 12 Şubat MHP mahal başqan köməkçisi Mehmed Numan Aydoğan bəy və idarə heyəti başda olmaqla bütün oxuculara xüsusi olaraq minnətdarlıq hissini dilə gətirib.
Azərbaycanda gedən 44 günlük müharibə boyunca qələmi,ürəyi,sözü ilə vətənimizə mənəvi xidmət edən, Qarabağ haqqında hər həftə öz qəzetində silsilə yazılar hazırlayan, Azərbaycanın bölgələri,yazarları haqqında maraqlı məlumatlar toplayıb yazan ,Türk dünyasının könül elçisi, Azərbaycan sevdalısı, azərbaycanlı şair və yazıçıların sevimlisi, dəyərli dostu Cahit Günayı bu növbəti uğuru münasibətilə ürəkdən təbrik edirik.
Zəfər bayramına həsr olunan tədbirlərin birində Qarabağa həsr etdiyi şeirləri və sevgi dolu çıxışı ilə Bakıda da çıxış etməsini arzulayırıq, uğurları ilə qürur duyuruq.
Aysel Səfərli
Müstəqil.Az