Tanınmış şair Dəyanət Osmanlı təklif etdi

Tanınmış şair Dəyanət Osmanlı Azərbaycan Yazıçılar Birliyinin bəzi “gözüaçıq”  yönəticiləri üçün 5 manatdan ianə yığmağı təklif etdi.
Müstəqil.az bildirir ki o bu haqda özünün Feysbuk səhifəsində “Günə Ön söz” başlıqlı statusunda yazıb. Şairin təklifini olduğu kimi yayınlayırıq:

Cənab prezident böyük xeyirxahlıqla Yazıçılar Birliyinə 850 min manat vəsait ayırıb. 
Bəzi gözüaçıq birlik yönəticiləri hələ vəsait ayrılmamışdan öncə texniki-maddi yardımlar, mükafatlar və s. üçün siyahılar tutublarmış. Yavaş-yavaş detallarıyla üzə çıxacaq. Bir cox haqqı olanlar üçün qapılar və konular qapanmışdır.
Özlərini ədəbiyyata pərçim edənlər ədəbi aləmi qarışdırmaqla məşğuldurlar. Biz də 5 manatdan yığıb verək, həm gözləri doysun, həm də ortalığı daha yaxşı qarışdırsınlar…”

Müstəqil.Az

Share: