Məncə bu gün “Koroğlu” metrosu yaxınlığında “Atletlər kəndi” adlanan ərazidə onlarla boş qalan binaları torpağımız uğrunda qəhrəmancasına doyüşən hərbiçilərimizə, şəhid ailələrinə bağışlamaq lazımdır…
Müstəqil.Az bildirir ki, bu təkliflə tanınmış yazar Aləmzə Sadıqqızı özünün sosial şəbəkəsindəki divarında paylaşım edib.
Bu mənzilləri neçə ildən bir gələn idmançılara saxlamaqdansa bu gün döyüşçülərimizə və şəhid ailələrinə vermək düzgün olardı.
Bu hərbiçilərimizdə, elə bütün insanlarımızda ğözəl ruh yüksəkliyi yaradardı…
Döyüşən əsgərin evindən narahatçılığı olmamalıdır!!!!!
Müstəqil.Az